Kateqoriyalar
Sırala
ID 0120670

Günün erkən saatlarında işə başlayan kommunal xidmət işçiləri

Küçə süpürgəçiləri günün erkən saatlarında, çox vaxt günəş doğmamış işə başlayırlar. Hər kəsdən öncə iş başında olan bu peşə sahibləri küçələri addım-addım dolaşaraq paytaxt Bakını yeni gün üçün hazırlayırlar. Rəsmi olaraq Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) işçiləri olaraq bilinən bu görünməyən qəhrəmanlar şəhərin müxtəlif ərazilərinin təmizlənməsi və abadlaşdırılması üçün çalışırlar. Küçələrin təmizlənməsi bu peşə sahiblərinin məsuliyyətində olsa da, yaşadığımız şəhərin ekoloji vəziyyətinin mühafizəsi üçün vətəndaşlar da öz üzərilərinə düşən öhdəliyi yerinə yetirməlidirlər. 

Digər fotolar
arrow-up