Bakı qoçusu Qafar Nağıyevin 1902-ci ilə aid mülkü
Bakı kəndlərində qədim dövrlərdən etibarən qoçuluq adət-ənənəsi mövcud olub. Sabunçuda isə qoçuların bəziləri kənd, bəziləri mədən qoçusu olaraq tanınıb. Burada yaşayan 40-dan çox qoçudan biri də mədən qoçusu Qafar Nağıyev idi. Qafar Nağıyevin o dövrün məşhur kənd qoçularından biri olan Malbaş Yusiflə arasında ədavət vardı. Malbaş Yusifin atası Hacı Rüstəm kişi dünyasını dəyişdiyi zaman Qoçu Qafar kənd camaatına qoşulub yas mərasiminə yollanır. Beləcə, Malbaş Yusiflə aralarındakı münaqişə sona çatır. Məhz bundan sonra, yəni 1902-ci ildə Qafar Nağıyev Sabunçu kəndində yerləşən mülkünü tikdirə bilir.
Digər fotolar
