Kateqoriyalar
Sırala
ID 0121072

Bakıda yük maşını körpüdən avtomobillərin üstünə aşdı

Sentyabrın 6-da saat 09:30-da Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində baş verib. Qəsəbə ərazisində hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşaraq yolda hərəkət edən avtomobillərin üzərinə düşüb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Qəza nəticəsində 3 nəfər həyatını itirib.

Teqlər
Digər fotolar
arrow-up