Kateqoriyalar
Sırala
ID 0121134

Bülbülün Bakıda yerləşən Memorial Muzeyi

Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün Memorial Muzeyi 1982-ci ildə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində açılıb. Rəssamlar İttifaqının binasının ikinci mərtəbəsində yerləşən muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi incəsənətinin bütün sahələrinə aid 9000-dən çox sənəd və material toplanıb. Muzey sahəsi 75 kvadratmetr olan 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial olaraq saxlanılıb, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb.

Digər fotolar
arrow-up