Kateqoriyalar
Sırala
ID 0121263

Çinin Azərbaycandakı səfiri Lu Meyin brifinqi

Sentyabrın 8-də Çinin Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə səfərinin yekunları ilə bağlı brifinq keçirib. Səfirin sözlərinə görə, iki dövlət başçısının rəhbərliyi altında Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığı daha da möhkəmlənib. Səfir onu da qeyd edib ki, Çin Azərbaycanla birlikdə iki ölkə arasında əməkdaşlığın müsbət dinamikasını qorumaq və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün səy göstərməyə hazırdır.

Digər fotolar
arrow-up