Kateqoriyalar
Sırala
ID 0121290

Əmircan qəsəbəsində “Canlı işıqfor” kimi tanınan Xalid Musayev

Suraxanı rayonu, Əmircan qəsəbəsində “Canlı işıqfor” kimi tanınan Xalid Musayev uzun illərdir ki, könüllü olaraq məktəblilərin təhlükəsizliyini təmin edir və onlara yol hərəkəti qaydalarını öyrədir. Hər gün səhər saat 07:00-dan axşam 18:00-dək piyadaların təhlükəsizliyini qoruyan Xalid Musayev Əmircan qəsəbəsində informativ guşə də yaradıb. Hətta gənclər və idman naziri Fərid Qayıbov “Canlı işıqfor”un fəaliyyət göstərdiyi yerə gələrək onunla birlikdə könüllü fəaliyyət göstərən uşaqlarla görüşüb. Uşaqlarla birlikdə komanda yaradaraq piyadaların təhlükəsizliyini qoruyan Xalid Musayev yol hərəkəti qaydalarının uşaqlara kiçik yaşlardan etibarən aşılanmasının vacib olduğunu deyir.

Digər fotolar
arrow-up