Kateqoriyalar
Sırala
ID 0121416

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan - Ukrayna oyunu

Sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan və Ukrayna yığmaları üz-üzə gəlib. 51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Digər fotolar
arrow-up