Kateqoriyalar
Sırala
ID 0121478

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week"

Sentyabrın 10-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılış mərasimi baş tutub. Konfrans çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə "SOCAR Green" MMC arasında Enerji Effektivliyi Müqaviləsi və Niyyət Razılaşması, eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirin açılışında çıxış edən  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su ehtiyatlarının davamlı idarə olunmasının Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb etdiyini, ölkədə son illərdə bu sahədə geniş islahatlar həyata keçirildiyini qeyd edib. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edib.

Digər fotolar
arrow-up