Kateqoriyalar
Sırala
ID 0121629

Elm və təhsil naziri Emin Əmrullayevin brifinqi

Sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. O, brifinqdə 2025/2026-cı tədris ilində 2.2 milyon təhsilalanın olacağını, 130 mindən çox uşağın isə birinci sinifə gedəcəyini bildirib. Nazirin açıqladığı son statistikaya əsasən, lisey və gimnaziyalara qəbul 2 dəfə artıb, gimnaziyaların sayının 100-ə çatdırılması planlaşdırılır. Emin Əmrullayev 600-ə yaxın məktəbin yenidən qurulduğunu, qəzalı məktəb sayının isə 400-ə endiyini vurğulayıb. Brifinqdə Bakı məktəblərində jurnalların ləğv olunduğu, “Rəqəmsal məktəb” platformasının fəaliyyətə başladığı qeyd olunub. Ali və peşə təhsilinə qəbulun artdığını bildirən nazir Azərbaycanın “QS 2026” reytinqində Cənubi Qafqaz regionu üzrə lider olduğunu bildirib.

Digər fotolar
arrow-up