Kateqoriyalar
Sırala
ID 0121649

Rənglərlə hekayələr danışan qrim rəssamı Ülviyyə Talıbova

Qrim rəssamı Ülviyyə Talıbova üçün makiyaj sadəcə gözəllik vasitəsi deyil, eyni zamanda incəsənətin canlı ifadə formasıdır. Dizayn sahəsində aldığı akademik təhsili qrim sənəti ilə birləşdirən 25 yaşlı rəssam 5 ildir bu sənətlə məşğuldur. Rəsm və yaradıcılıq sevgisi zamanla makiyaja keçib, daha sonra isə peşəkar qrim ustalığına çevrilib. Onun fikrincə, rəsm əsərlərini qrim sənəti ilə birləşdirmək həm mürəkkəb, həm də yaradıcı bir prosesdir. Üzün kətan kimi istifadə oluna biləcəyini düşünən Ülviyyə Talıbova bu prosesi “rənglərlə hekayələr danışmaq” kimi qiymətləndirir.

Teqlər
Digər fotolar
arrow-up