Kateqoriyalar
Sırala
ID 0121920

Doğulduğu Bakı şəhərindən ilham alan rəssam Tahir Şıxəliyev

Rəssam, təsviri sənət və qrafik ustası Tahir Şıxəliyev Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, ilk təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Hər zaman, hər yerdə rəsm çəkdiyini qeyd edən rəssam 4-5 yaşlarından etibarən bu sənətlə məşğul olur. Onun əsərləri ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus, Türkiyə və Rumıniyada rəsm kolleksiyalarında yer alır. Tahir Şıxəliyev onu incəsənətə və rəsmə bağlayan ilk və əvəzolunmaz məkanın doğulduğu Bakı şəhəri olduğunu qeyd edir.

Digər fotolar
arrow-up