Kateqoriyalar
Sırala
ID 0122276

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün fəaliyyətə başlayan Uniforma və Akkreditasiya Mərkəzi

Sentyabrın 19-21-i aralığında keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqlar davam edir. Bununla əlaqədar olaraq Milli Gimnastika Arenasında fəaliyyətə başlayan Uniforma və Akkreditasiya Mərkəzində 140-dən çox könüllü çalışır. Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri akkreditasiya vəsiqələri və uniformalarını Milli Gimnastika Arenasındakı mərkəzdən əldə edə bilərlər. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya vəsiqələrinin hazırlanması, uniformaların verilməsi və sair işləri yerinə yetirəcəklər. 

Digər fotolar
icon
arrow-up