Kateqoriyalar
Sırala
ID 0122554

Əsrlərin izini daşıyan əntiq əşyalar

Qədim əşyaların yer aldığı mağazada XVIII–XIX əsrə aid nadir incəsənət nümunələri görmək mümkündür. Mağazadakı əşyaların bir qismi, xüsusilə  xalçalar və qədim samovarlar Azərbaycana məxsus olsa da, Fransa, İtaliya və Rusiya kimi ölkələrdən də gətirilmiş xeyli sayda unikal nümunələr yer alır. Bunların arasında olan samovarlar, zərif işləməli qab-qacaqlar, klassik üslublu mebellər, əl toxuması xalçalar, qədim sobalar, dəbdəbəli saat və şamdanlar keçmiş dövrlərin izlərini daşıyır. Gümüş, bürünc və qızıl suyundan hazırlanmış əntiq əşyalar təkcə zəngin görünüşü ilə deyil, həm də zərif sənətkarlıq işi ilə seçilir. 

Digər fotolar
arrow-up