Kateqoriyalar
Sırala
ID 0122681

Azərbaycan Qran-prisi: “Formula 2”də sərbəst yürüş

2025-ci il sentyabrın 19-da "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. Yarışın ilk günü 10:00-da "Formula 2" kateqoriyasında sərbəst yürüş baş tutub. Sərbəst yürüşdə ən yaxşı nəticəni "Rodin Motorsport" komandasından Aleks Dann ən yaxşı nəticə göstərib. "Dams Lukas Oil"dən Cek Krouford ikinci, "Hitech TGR"dən Dino Beqanoviç üçüncü olub. Daha sonra 12:30-da "Formula 1" kateqoriyasında ilk sərbəst yürüş, 14:00-da "Formula 2" kateqoriyasında sıralama turu, ardınca isə 16:00-da "Formula 1" kateqoriyasında ikinci sərbəst yürüş başlayacaq. "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüşlər, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq. Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula 1" yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.
 

Digər fotolar
arrow-up