Kateqoriyalar
Sırala
ID 0122698

Azərbaycan Qran-prisi: “Formula 1”də birinci sərbəst yürüş

2025-ci il sentyabrın 19-da "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. Saat 12:30-da "Formula 1" kateqoriyasında ilk sərbəst yürüş baş tutub. "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub. "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüşlər, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Digər fotolar
arrow-up