Kateqoriyalar
Sırala
ID 0122777

Azərbaycan Qran-prisi: “Formula 2”də sıralama turu

2025-ci il sentyabrın 19-da "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. Saat 14:00-da "Formula 2" kateqoriyasında sıralama turu baş tutub. Yarışda "Dams Lukas Oil"dən Cek Krouford birinci olub. "İnvicta Racing"dən Leonardo Fornaroli ikinci, "Prema Racing"dən Qabriele Mini üçüncü yeri tutub. Sıralama turunda iki qəza baş verib. Belə ki, "Rodin Motorsport"dan Amaury Kordeelin və "Art Grand Prix"dən Viktor Martinsin idarə etdikləri bolid baryerə dəyib. "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüşlər, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq. 

Digər fotolar
arrow-up