Kateqoriyalar
Sırala
ID 0122912

Azərbaycan Qran-prisi: “Formula 1”də üçüncü sərbəst yürüş

2025-ci il sentyabrın 20-də "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib. Saat 12:30-da "Formula 1" kateqoriyasında üçüncü sərbəst yürüş baş tutub. "Maklaren" sürücüsü Lando Norris yarışda ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub. Sentyabrın 19-da başlayan "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüş və sıralama turu, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq. 

Digər fotolar
arrow-up