Kateqoriyalar
Sırala
ID 0122925

Azərbaycan Qran-prisi: "Formula 2"də sprint yarışı

2025-ci il sentyabrın 20-də "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib. Saat 14:15-də "Formula 2" kateqoriyasında sprint yarışı baş tutub. Beş pilot sprint yarışında uğursuzluqla üzləşib. "MP Motorsport" komandasından Oliver Goethe, "Van Amersfoort Racing"dən Rafael Villaqomez mübarizəni dayandırıb. Daha sonra isə "Campos Racing"dən Xosep Maria Marti, "DAMS Lucas Oil"dən Kuş Maini və "Trident"dən Martinius Stenşorn uğursuzluqla üzləşib. Sprint yarışında "Hitech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. Üçüncü yerdə isə "Rodin Motorsport"dan Aleks Dann qərarlaşıb. Sentyabrın 19-da başlayan "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüş, "Formula 2" üzrə sprint yarışı baş tutub, 16:00-da isə sıralama turu keçiriləcək. Sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq. 

Digər fotolar
arrow-up