Kateqoriyalar
Sırala
ID 0123041

Azərbaycan Qran-prisi: "Formula 1"də sıralama turu

2025-ci il sentyabrın 20-də "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib. Saat 16:00-da "Formula 1" kateqoriyasında sıralama turu baş tutub. Yarış zamanı "Uilyams" komandasından Aleksander Albonun, "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin və "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid səddə çırpılıb. "Haas" komandasının sürücüsü Oliver Bermanın bolidində isə problem aşkarlanıb. Sıralama turunda ən yaxşı nəticəyə "Red Bull"dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq. "Uilyams" komandasından Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. Sentyabrın 19-da başlayan "Formula 1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula 1" üzrə sərbəst yürüş və sıralama turu, "Formula 2" üzrə sprint yarışı keçirilib. Sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq. 

Digər fotolar
arrow-up