Kateqoriyalar
Sırala
ID 0123094

Azərbaycan Qran-prisi: "Formula 2"də əsas yarış

2025-ci il sentyabrın 21-də Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq. Saat 11:00-da "Formula 2" üzrə əsas yarış baş tutub. Yarış zamanı "Trident"dən Martinius Stenşorn uğursuzluqla üzləşib. Onun bolidi səddə çırpıldığı üçün trasdan çıxarılıb. "Formula 2" üzrə əsas yarışda "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayaraq qalib olub. "AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç isə üçüncü olub. "Formula 1" üzrə əsas yarış saat 15:00-da start götürəcək. 3 gün davam edən Azərbaycan Qran-prisi sentyabrın 19-da başlayıb. 

Digər fotolar
arrow-up