Kateqoriyalar
Sırala
ID 0123250

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış

2025-ci il sentyabrın 21-də Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Açılış mərasimindən sonra saat 15:00-da "Formula 1" üzrə əsas yarış baş tutub. Yarışda "Maklaren" pilotu Oskar Piastri uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid səddə dəyib və trasdan götürülüb. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Redd Bull" komandasının pilotu Maks Ferstappen olub. Niderlandlı sürücü daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub. "Mercedes" pilotu Corc Rassell ikinci, "Uilyams"dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Kimi Antonelli dördüncü yerdə, "Reysinq Bulls"dan Liam Louson isə beşinci pillədə qərarlaşıb. 3 gün davam edən Azərbaycan Qran-prisi sentyabrın 19-da başlayıb. 

Digər fotolar
arrow-up