Kateqoriyalar
Sırala
ID 0123473

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü

Sentyabrın 23-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) ikinci gününə start verilib. AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin "Euronews" və "Sea Breeze"in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirir. Forumun ilk günündə müzakirə olunacaq strateji investisiya, maliyyələşmə, təhsil, səhiyyə sahələrində çağırışlar, Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında görülmüş tədbirlər və s. tədbirə diqqəti daha çox artırıb. Belə ki, tədbirin ikinci günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid və digər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbir çərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkil edilib.

Teqlər
Digər fotolar
arrow-up