Kateqoriyalar
Sırala
ID 0123576

Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”

24-25 sentyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” start götürüb. “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının qatılması gözlənilir. Sammitdə “Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma”, “Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu”, “Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları” istiqamətləri üzrə müzakirələr təşkil olunacaq.

Teqlər
Digər fotolar
arrow-up