Kateqoriyalar
Sırala
ID 0123620

Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri

Sentyabrın 24-ü Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi baş tutub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış üçün söz Fuad Nağıyevə, Fərid Qayıbova və Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Youla verilib. Daha sonra yarış açıq elan edilib. 3 gün davam edəcək Qran-pri sentyabrın 26-da başa çatacaq.

Teqlər
Digər fotolar
arrow-up