Kateqoriyalar
Sırala
ID 0123656

I Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkilatçılığı ilə I Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilir. Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə baş tutan tədbirdə 50-dən çox ekspert iştirak edir. İştirakçılar arasında parlament üzvləri, yüksəkvəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları, media nümayəndələri və müstəqil ekspertlər yer alıblar. İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub. Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və praktiki əməkdaşlığa təkan verəcək.

Teqlər
Digər fotolar
arrow-up