Kateqoriyalar
Sırala
ID 0123853

DİM-in şəhid övladları üçün keçirdiyi “Peşə seçimi” alətinin təqdimat mərasimi

Sentyabrın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimi baş tutub. Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər. Təqdimat mərasiminə Bakı və ona yaxın regionlarda 8, 9 və ya 10-cu sinifdə təhsil alan 130-dan çox şəhid övladı da qatılıb. Onlar tədbirin rəsmi hissəsindən sonra peşə seçimi testlərindən də faydalanıblar. 

Teqlər
Digər fotolar
arrow-up