Kateqoriyalar
Sırala
ID 0124416

III MDB Oyunları: Sambo üzrə yarışlar

Sentyabrın 29-da Göygöl Olimpiya Kompleksində III MDB Oyunları çərçivəsində sambo üzrə yarışların qalibləri müəyyənləşib. Sambo idman növü üzrə ümumilikdə 8 Azərbaycan təmsilçisi müxtəlif ölkələrdən olan rəqibləri ilə üz-üzə gəlib. III MDB Oyunları çərçivəsində 53 kq çəki dərəcəsində Azərbaycan samboçusu Əbdüllətif Musayev finalda özbəkistanlı rəqibi Qamzat Maksetbayevi 3:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Eyni zamanda  64 kq çəki dərəcəsində yarışan Azərbaycan samboçusu Nihad Rəhimov rusiyalı rəqibi Artem Karisovu 1:0 hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb. Kişilər arasında keçirilən sambo yarışlarında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan olmaqla 7 ölkə idmançıları mübarizə aparıb.

Digər fotolar
arrow-up