Kateqoriyalar
Sırala
ID 0124584

Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Rəqəmsal transformasiya və media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi keçirilir. Tədbir çərçivəsində "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər", "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" və digər mövzular müzakirə olunacaq. Forumun açılışında Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirlər. Tədbirdə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov, Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nozima Muratova və digərləri çıxış edib.

Teqlər
Digər fotolar
arrow-up