III MDB Oyunları: Atıcılıq üzrə yarışlar
Oktyabrın 1-də III MDB Oyunları çərçivəsində Qəbələ Atıcılıq Klubunda təşkil olunan atıcılıq yarışlarının yekun qarşılaşmaları keçirilib. Stend atıcılığının "skeet" və "trap" növləri üzrə sonuncu təsnifat və final mərhələləri keçirilib. Qadınlar və kişilər arasında keçirilən atıcılıq yarışlarında Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan olmaqla 4 ölkə idmançıları mübarizə aparır. Azərbaycandan isə ümumilikdə 8 idmançı sözügedən idman növü üzrə yarışlara qatılıb.
Digər fotolar
