Kateqoriyalar
Sırala
ID 0125043

Şabranın Dağbilici kəndində yerləşən qədim qəbiristanlıq

Dəniz səviyyəsindən 600 metr yüksəlikdə yerləşən Şabranın Dağbilici kəndi rayonun ən qədim yaşayış məntəqələrindən hesab olunur. Kəndin müxtəlif ərazilərində qəbir daşlarına rast gəlmək mümkündür. Yerli sakinlər onları şəhid daşları adlandırırlar. Kənd əhalisinin sözlərinə görə, qədim dövrdə bu ərazidən bir qəbilə keçib və qısa zaman sonra qəbilənin bütün üzvləri naməlum səbəblərdən ölüb. Bu qəbir daşları da onlara aiddir. Tarixçilərin araşdırmalarına əsasən, dəqiq tarixi bilinməsə də, qəbiristanlıq orta əsrlərə aid edilir və dövlət tərəfindən qorunur. 

Digər fotolar
arrow-up