Kateqoriyalar
Sırala
ID 0125310

III MDB Oyunları: Karate üzrə yarışlar

Oktyabrın 3-də III MDB Oyunları çərçivəsində karate yarışlarına start verilib. Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşmalarda 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilər yarışıb. Karate üzrə yarışlarda Azərbaycanı ümumilikdə 24 idmançı təmsil edir. Bu idman növü üzrə III MDB Oyunlarında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla 8 ölkə iştirak edir. 

Digər fotolar
arrow-up