Kateqoriyalar
Sırala
ID 0126230

III MDB Oyunları: Yunan-Roma güləşi üzrə yarışlar

Oktyabrın 7-də III MDB Oyunları çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə oyunlar baş tutub. Bu idman növü üzrə yarışlarda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla 8 ölkə iştirak edib. Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olub. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıb.

Digər fotolar
arrow-up