Kateqoriyalar
Sırala
ID 0126710

Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı

Oktyabrın 9-da "Bakı Konqres Mərkəzi" MMC-də "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalı işə başlayıb. İki gün davam edəcək festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu tədbirin növbəti dəfə təşkil olunması dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir. "CIDC-2025" həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır. Bu il "CIDC-2025" tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir. İki gün ərzində "Ağıllı şəhərlərdə kibermüharibə" yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlərə 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin "Hack The Future 2" proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb. Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edəcəklər.

Digər fotolar
arrow-up