Kateqoriyalar
Sırala
ID 0126882

"Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalının ikinci günü

Oktyabrın 10-da "Bakı Konqres Mərkəzi" MMC-də "Critical Infrastructure Defence Challenge" (CIDC-2025) kibertəhlükəsizlik festivalının ikinci gününə start verilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilən festival həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır. Bu il "CIDC-2025" tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın ikinci günündə “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış”, “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” başlıqlı panellər baş tutub.

Digər fotolar
arrow-up