Kateqoriyalar
Sırala
ID 0127060

Bakı Ekspo Mərkəzində keçirilən "Rebuild Karabakh-2025" sərgisi

Oktyabrın 14-ü Bakı Ekspo Mərkəzində "Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları - “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətlərinin təşkilatçılığı ilə 30-cu yubiley Xəzər Tikinti Həftəsi – Caspian Construction Week sərgisi fəaliyyətə başlayıb. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Prezident vurğulayıb ki, “Rebuild Karabakh” sərgisinin həm yerli, həm də beynəlxalq iştirakçılar üçün əhəmiyyəti ildən-ilə artır. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər nümayiş olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafına yönəlmiş yeni perspektivlər yaradılır. Bu nüfuzlu sərgi dayanıqlı tikinti, tərəqqi və sülh reallığını əks etdirir, gələcəyə istiqamətlənmiş mühüm bir tədbir kimi çıxış edir. Dövlət başçısı qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işləri uğurla həyata keçirilir və bu, regionun simasını əsaslı şəkildə dəyişməkdədir.

Digər fotolar
arrow-up