Kateqoriyalar
Sırala
ID 0127090

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlar

Bir neçə il əvvəl istismar müddəti başa çatdığı üçün Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş attraksionlar dayandırılmışdı. İndi isə bu əyləncə zonası yenilənmiş şəkildə fəaliyyətə başlayır. Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi yenidənqurma və bərpa işləri nəticəsində attraksionlar tamamilə yeni tərtibatda və müasir dizaynda əvvəlki yerində ziyarətçilərin istifadəsinə verilib. Yeni əyləncə zonasında ümumilikdə 5 attraksion fəaliyyət göstərir. Bütün qurğular texniki normalara və təhlükəsizlik reqlamentlərinə tam cavab verir. Hər gün texniki baxış həyata keçiriləcək. Ziyarətçilərin rahatlığı üçün innovativ bilet sistemi də tətbiq olunub. Artıq kassalarla yanaşı bilet terminalları vasitəsilə də cəmi bir neçə toxunuşla bilet almaq mümkündür. Hər attraksionun qiyməti 4 manat təşkil edir. Ərazidə həmçinin Bulvarın ümumi üslubuna uyğun yeni köşklər də quraşdırılıb.

Digər fotolar
arrow-up