Kateqoriyalar
Sırala
ID 0127120

Bakıda keçirilən II “Azərbaycan sağlamlıq turizmi konfransı”

Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə II “Azərbaycan sağlamlıq turizmi konfransı”na start verilib. Konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir. Tədbirdə “Rifah” və “Tibbi turizm” mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirak edəcəyi sərgi təşkil olunacaq.

Digər fotolar
arrow-up