Kateqoriyalar
Sırala
ID 0127199

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu

Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumuna (NUFA3) start verilib. 15-17 oktyabr tarixlərində Xankəndi və Bakıda baş tutacaq tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq. Tədbirdə 60-a yaxın ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı gözlənilir. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. 

Digər fotolar
arrow-up