Kateqoriyalar
Sırala
ID 0127292

III Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü

Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci gününə start verilib. Şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayan forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr davam etdiriləcək. Tədbirdə 60-a yaxın ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir. 

Digər fotolar
arrow-up