Kateqoriyalar
Sırala
ID 0127360

Şabran şəhərində yerləşən qayıq emalatxanası

30 ilə yaxındır qayıq düzəltməklə məşğul olan 42 yaşlı Rüstəm Məhərrəmov bu sənətin sirlərini atasından öyrənib. Onun emalatxanası Şabran şəhərində, dənizdən 10-15 kilometr məsafədə yerləşir. Uşaq yaşlarından bu işlə məşğul olan Rüstəm Məhərrəmov üçün qayıq düzəltmək sadəcə peşə deyil, həm də ata mirasıdır. O, illər ərzində respublikanın bir çox bölgələri üçün müxtəlif ölçülü və məqsədli qayıqlar ərsəyə gətirib. Bu gün atasından öyrəndiyi qədim üsulları müasir texnikalarla birləşdirərək daha davamlı və estetik baxımdan cəlbedici qayıqlar hazırlayır.

Digər fotolar
arrow-up