Kateqoriyalar
Sırala
ID 0127518

Dəmiryol Muzeyində açılan “Qara qızılın saldığı dəmir yollar” sərgisi

Azərbaycan Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı olub. Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak ediblər. Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolar təqdim olunub. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur. “Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir. 

Digər fotolar
arrow-up