Kateqoriyalar
Sırala
ID 0127643

"PeşəFest-2025"in Bakıda keçirilən yekun tədbiri

Dövlət Məşğulluq Agentliyinin keçirdiyi "PeşəFest-2025"in Bakıda yekun tədbiri baş tutub. "Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər. Çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, "PeşəFest"in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. "PeşəFest-2025" layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb.

Teqlər
Digər fotolar
arrow-up