Kateqoriyalar
Sırala
ID 0127855

"Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" tədbiri

Oktyabrın 27-də TƏBİB-in təşkilatçılığı, "PAŞA Holding" və "PAŞA Həyat Sığorta"nın dəstəyi ilə "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbir baş tutub. Oktyabr ayı bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Bu ayın əsas məqsədi qadın sağlamlığı mövzusunda maarifləndirməni gücləndirmək, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və cəmiyyətin məlumatlılığını artırmaqdır. Tədbirdə bu məzmunda il ərzində həyata keçirilən bir sıra layihələr, maarifləndirici görüşlər və sosial təşəbbüslərin yekun təqdimatı keçirilib, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Teqlər
Digər fotolar
arrow-up