Kateqoriyalar
Sırala
ID 0127906

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Şahmurovun dəfni

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun dəfn mərasimi keçirilib. Dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. O, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mübariz Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonu, Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Digər fotolar
arrow-up