Kateqoriyalar
Sırala
ID 0127914

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu

AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın xatirələri əbədiləşdirilib. II Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə - büst ucaldılıb. 2024-cü il dekabrın 25-i AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

Digər fotolar
arrow-up