Kateqoriyalar
Sırala
ID 0127997

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlər - Azər Bayramov, Əliyar Əliyev, Rəfael Abbasov və İlham Mehdiyevin dəfni

Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən və nəşlərinin qalıqları 33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar. Şəhidlər Azər Bayramov, Əliyar Əliyev, Rəfael Abbasov və İlham Mehdiyevlə onların ailə üzvlərinə məxsus evlərdə vida mərasimləri keçirilib. Daha sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər fotolar
icon
arrow-up