Kateqoriyalar
Sırala
ID 0128118

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Fikrət Əzizovun dəfni

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizov dəfn olunub. Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra onun nəşinin qalıqları Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb. Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb. 

Digər fotolar
arrow-up