Kateqoriyalar
Sırala
ID 0128214

Bakı Təşəbbüs Qrupunun keçirdiyi "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" konfransı

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunan "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransa start verilib. Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edirlər. Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları qatılıb. Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri barədə müzakirələr aparılır.

Digər fotolar
arrow-up