Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin mətbuat konfransı
Azərbaycanda səfərdə olan Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin mətbuat konfransı baş tutub. Konfransda Türkiyə-Azərbaycan münasibətləri, regional hadisələr və iki ölkə arasındakı əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Azad olunmuş ərazilərə səfərindən bəhs edən Mustafa Destici Şuşa şəhərinin Türk dünyası üçün simvolik şəhəri olduğunu, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini və digər razılaşmaları Böyük Birlik Partiyası olaraq sonuna qədər dəstəklədiyini qeyd edib. Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə diqqət çəkib, eyni zamanda Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin daha da artırılmasının vacibliyini vurğulayıb.
Digər fotolar
