Kateqoriyalar
Sırala
ID 0128419

"Qarabağ"ın "Çelsi" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" matçından öncə "Qarabağ" futbol klubunun mətbuat konfransı baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov rəqibin güclü olduğunu, eyni zamanda oyunçularına inandığını qeyd edib. Onun sözlərinə görə, böyük klubları və yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev isə oyuna tam hazır olduqlarını vurğulayıb. “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də baş tutacaq.

Digər fotolar
arrow-up